3 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Özbəkistanda "kölgə iqtisadiyyatı"na qarşı mübarizə proqramı hazırlanır

Ölkənin maliyyə naziri Cəmşid Kuçkarov demişdir: "Gizli iqtisadiyyatla mübarizə müfəssəl şəkildə işlənilmiş proqram tələb edir. Biz hələ onu işləyib başa çatdırmamışıq, lakin bu proqramın üzərində işləyəcəyik. Yəqin ki, bilirsiniz, bir qədər böyük də səslənsə, 5-7 ildən sonra bizim hər bir ödəniş barədə məlumatımız olacaq. Bu, bütün dünyada belədir və mənə elə gəlir ki, bizdə də belə olacaq".
Özbəkistan Maliyyə Nazirliyinin keçən il açıqladığı rəsmi rəqəmlərə əsasən, ölkədə "kölgə iqtisadiyyatı" göstəricisi 50 faizdən artıqdır. C.Kuçkarov qeyd etmişdir ki, əlavə dəyər vergisinin 20 faizlik yeni dərəcəsi "kölgə iqtisadiyyatı" ilə mübarizənin postulatlarından biridir. Nazir dəfələrlə vurğulamışdır ki, bir ilin içində bundan qurtarmaq mümkün deyil. Onun sözlərinə görə, artıq ölkədə elektron hesab-faktura tətbiq edilir. 2018-ci il oktyabr ayının 15-dən Çirçik, Nəvai və Sırdərya vilayətlərində elektron hesab-fakturaların eksperiment qaydasında tətbiqinə başlanılmışdır. Eksperiment bu ilin fevralına qədər davam edəcək. Əldə edilən nəticələrə əsasən, bu sistemdən ölkənin bütün ərazisində istifadə etmək üçün təkliflər hazırlanacaq.

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?