31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Avropa İttifaqı Boris Consonun son Brexit təkliflərini qəbul edəcəkmi?

Avropa İttifaqı Boris Consonun son Brexit təkliflərini qəbul edəcəkmi?

Avropa İttifaqının liderləri Böyük Britaniyanın Baş naziri Boris Consonun son Brexit sazişi təkliflərini qəbul etməyəcəklər. "Reuters" xəbər verir ki, mənbə Consonun Aİ ilə qarşıdurmaya getdiyini və bu səbəbdən onun son təkliflərinin qəbul edilməyəcəyini bildirib. "The Daily Telegraph" qəzetinin yazdığına görə, Consonun oktyabrın 1-də telefon vasitəsilə Aİ liderlərinə açıqladığı saziş Avropa liderlərini razı sala bilməz. Bu sazişin mətninin Brüsselə göndəriləcəyi və daha sonra Boris Consonun Mançesterdə Mühafizəkarlar Partiyasının konqresində onu bəyan edəcəyi bildirilir.

Qəzetin yazdığına görə, yeni təklifdə London Brüsselə "bekstop" variantı, yəni Brexitdən sonra İrlandiya adasında sərhədlərin şəffaflığının qorunub saxlanılmasını təklif edir. Eyni zamanda, "Dörd il müddətinə iki sərhəd" şərti adı daşıyan plana görə, Aİ-ni tərk edəcək Şimali İrlandiya ilə onun tərkibində qalacaq İrlandiya arasında Brexitdən dörd il sonra davam edəcək keçid dövründə gömrük yoxlamalarının aparılması ideyası irəli sürülüb. Bundan sonra - 2025-ci ildə Şimali İrlandiyanın təkpalatalı parlamenti Olsterdə Aİ qanunlarının qüvvədə olub-olmaması məsələsini müzakirə edərək müvafiq qərar qəbul edəcək. Belə ki, həmin vaxt Britaniya qanunları Brüsselin qanunverici aktlarından tamamilə fərqli olacaq.

Britaniya qəzetlərinin şərhçiləri də qeyd edirlər ki, bu təkliflər nə Brüssel, nə də Dublin üçün əlverişlidir. Consonun planı Aİ-nin vahid bazarı üçün təhlükə kimi qiymətləndiriləcək. İrlandiya ərazisində gömrük yoxlamalarının keçirilməsi isə Dublinin 1998-ci ildə Şimali İrlandiya ilə münaqişəsini nizama salan Belfast sazişinə ziddir.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?