31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
BVF dünya üzrə saxta investisiyaların həcminin 15 trilyon dollara çatdığını elan edib

BVF dünya üzrə saxta investisiyaların həcminin 15 trilyon dollara çatdığını elan edib

Beynəlxalq Valyuta Fondunun (BVF) və Kopenhagen Universitetinin ekspertlərinin apardıqları birgə araşdırmanın nəticələrinə əsasən, dünyadakı 40 trilyon dollarl birbaşa xarici investisiyaların 15 trilyonu saxtadır. Bu məbləğ Çin və Almaniya kimi böyük iqtisadiyyata malik ölkələrin ümumi daxili məhsulu ilə müqayisə edilə bilən göstəricidir. Araşdırmaya əsasən, dünya üzrə qoyulan birbaşa xarici investisiyaların təxminən 40 faizini saxta investisiyalar təşkil edir və bu göstərici son on ildən az müddətdə 10 faiz artıb. Araşdırma müəlliflərinin qənaətinə əsasən, birbaşa saxta xarici investisiyaların böyük qismi "vergi cənnəti" kimi məşhurlaşmış ölkələrdə - Lüksemburqda, Niderlandda (bu iki ölkənin payına dünyadakı saxta investisiyaların az qala yarısı düşür), Honkonqda, Böyük Britaniyanın Virciniya adalarında, Bermud adalarında, Kayman adalarında, İsveçrədə, İrlandiyada və Mavrikidə mərkəzləşib.

Ekspertlər hesab edirlər ki, saxta investisiyaların bu ölkələrdə mərkəzləşməsi düşünülmüş siyasi strategiya ilə bağlıdır – həmin strategiyaya əsasən, offşor zonalara aşağı korporativ vergi dərəcələri, bəzən də vergidən azad edilmə sayəsində mümkün olduğu qədər çox xarici investisiya cəlb edilir. Bu yolla bir çox ölkələr xaricdəki saxta şirkətlərə böyük məbləğdə vəsait qoyur və sonradan həmin vəsaitləri mənimsəyirlər.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?