28 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Latviyada ƏDV ödəməyə qadir şirkətlərin sayı azalır

Latviyada ƏDV ödəməyə qadir şirkətlərin sayı azalır

Dövlət Gəlirləri Xidmətinin (DGX) məlumatına əsasən, bu il sentyabrın 1-nə ölkədə əlavə dəyər vergisi ödəyicisi kimi qeydiyyata alınmış şirkətlərin sayı 79.495 olub. İki ay əvvəl – iyunun 1-də bu göstərici 82.855 təşkil etmişdi. ƏDV ödəyicisi olmaq üçün dövriyyənin məbləği əsaslı şəkildə - 50 min avrodan 40 min avroya endirilməsinə baxmayaraq, iki ay ərzində şirkətlərin sayındakı azalmanın nisbəti 4,1 faiz təşkil edir.

DGX-nın bu faktla bağlı rəsmi şərhinə əsasən, vergi ödəyiciləri bazasının azalması Latviyadakı ümumi iqtisadi artımın göstəricisidir və fiskal siyasətin gücləndirilməsi bazarı şübhəli ƏDV ödəyicilərindən təmizləyir. 2019-cu ilin iyununda uzun müddət ticarət əməliyyatları aparmamış 2.500 şirkət ƏDV qeydiyyatından çıxarılıb.

VergiArtıq ödənilmiş rüsumun geri qaytarılması VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi?