31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Çin ABŞ-dan idxal olunan bəzi məhsulları əlavə rüsumlardan azad edib

Çin ABŞ-dan idxal olunan bəzi məhsulları əlavə rüsumlardan azad edib

Çin ABŞ-dan idxal edilən və əlavə rüsumlardan azad ediləcək 16 növ malın siyahısını dərc edib. Bu barədə Çin Dövlət Şurası yanında Tarif və Yığımlar Komitəsinin yaydığı bəyanatda deyilir. Bu qərar sentyabrın 17-dən qüvvəyə minəcək və bir il ərzində qüvvədə olacaq.

Komitənin açıqlamasında göstərilir ki, mallar iki qrupa bölünür. Birinci qrupa dəniz xərçəngi kürüsü, sürtkü yağları və vəsaitləri, mal-qaranın qidalanması üçün balıq unu, dərman preparatları, tibbi yüklü hissəciklərin xətti sürətləndiriciləri və digər mallar daxildir. "Onlara görə artıq ödənilmiş rüsumlar geri qaytarılacaq. Müvafiq idxalat müəssisələri siyahının dərc edildiyi gündən altı ay ərzində gömrük orqanlarına müraciət etməlidirlər", - deyə məlumatda bildirilir. İkinci siyahıda bəzi növ sürtkü yağları, mal-qara zərdabı və izoparafin həllediciləri yer alır, lakin bunlara görə ödənilmiş rüsumlar geri qaytarılmayacaq.

Qeyd edək ki, Çin və ABŞ arasında bir neçə aydır ticarət mübahisələrinin həlli üzrə müzakirələr aparılır. Danışıqların son mərhələsi iyulun 30-31-də Şanxayda baş tutub. Ötən həftə Çinin Kommersiya Nazirliyi danışıqların növbəti mərhələsinin oktyabrın əvvəlində Vaşinqtonda keçiriləcəyini açıqlayıb.

Sentyabrın 1-də ABŞ Çindən idxal edilən 112 milyard dollarlıq mallara 15 faiz həcmində əlavə rüsum tətbiq edib, yığımların ikinci hissəsi dekabrın 15-də qüvvəyə minəcək. Çin isə buna cavab olaraq ABŞ-dan idxal edilən 75 milyard dollarlıq məhsullara 10 faiz həcmində əlavə rüsum tətbiq edib, idxala görə 5 faiz əlavə rüsumlar isə dekabrın 15-də tətbiq ediləcək. Elə həmin gün Çin ABŞ avtomobillərinə (25 faiz) və ehtiyat hissələrinə (5 faiz) əlavə rüsumlar da təyin edəcək.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?