1 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bolqarıstan iş adamları Azərbaycanda birgə müəssisələr açmaqda maraqlıdırlar

Hazırda Azərbaycanda Bolqarıstan kapitallı 11 şirkət fəaliyyət göstərir. Bu fikirləri İqtisadiyyat naziri Şahin Mustafayev Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankovla görüşü zamanı deyib. Nazir bildirib ki, iqtisadi əlaqələrin genişləndirilməsi üçün ölkələr arasında enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat-tranzit, əczaçılıq, ticarət, turizm, humanitar və s. sahələrdə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur və Bolqarıstan sahibkarları Azərbaycandakı sənaye parklarında tətbiq olunan güzəştlərdən yararlana bilərlər.

Qeyd olunub ki, ölkələr arasında möhkəm müqavilə-hüquq bazası yaradılıb, investisiyaların qorunması, ikiqat vergitutmanın aradan qaldırılması, nəqliyyat, gömrük, turizm və digər sahələrdə 80-dən çox sənəd imzalanıb. 2015-ci ildə imzalanan Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasında əməkdaşlığın genişlənməsində xüsusi önəm kəsb edir. Ş.Mustafayev Azərbaycanın nəqliyyat-tranzit imkanları barədə məlumat verib və ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin Bolqarıstanla bu sahədə əməkdaşlığı daha da inkişaf etdirə biləcəyini diqqətə çatdırıb.

Öz növbəsində, səfir N.Yankov ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini vurğulayaraq qeyd edib ki, Bolqarıstan iş adamları Azərbaycanda fəaliyyət göstərməkdə və birgə müəssisələrin açılmasında maraqlıdırlar.

VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur?