31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
ABŞ Çin şirkətlərinə qarşı "müharibəni" davam etdirir

ABŞ Çin şirkətlərinə qarşı "müharibəni" davam etdirir

"ABŞ "Huawei" texnologiyalarına alternativ 5G şəbəkəsini təkmilləşdirməkdə İrlandiya ilə əməkdaşlığa ümidvardır". Bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens İrlandiyanın Baş naziri Leo Varadkarla birgə mətbuat konfransında bildirib. "Biz "Huawei”ə alternativ 5G şəbəkəsi yaratmaq üçün dünyanın bütün telekommunikasiya şirkətləri ilə çalışır və İrlandiya ilə də bu məsələdə əməkdaşlıq edə biləcəyimizə ümidvarıq", - deyə Ağ Ev rəsmisi qeyd edib.
Xatırladaq ki, ötən gün ABŞ-ın vitse-prezidenti M.Pens ilə Polşanın Baş naziri Matey Moravetzki tərəfindən imzalanan "5G şəbəkələrinin təhlükəsizliyi" bəyannaməsində beşinci nəsil rabitə şəbəkəsinin təhlükəsizliyinə dair daha əvvəl qəbul olunmuş sənədlərə, o cümlədən sağlam rəqabət və mövcud hüquqi sənədlərə əsasən yaradılmaları müddəalarına əməl etmək nəzərdə tutulur.

Mayın 15-də ABŞ Prezidenti Donald Tramp ölkənin informasiya və rabitə infrastrukturunu xarici təhdidlərdən qorumaq üçün fövqəladə vəziyyət fərmanı imzalamışdı. Bununla bağlı mayın 17-dən "Huawei" milli təhlükəsizliyə təhlükə yaratdığı üçün qara siyahıya salınıb. Mayın 20-dən isə şirkətə şəbəkələrin servisini həyata keçirmək, mobil cihazlar üçün proqramlar təmin etmək hüququ verən 90 günlük xüsusi lisenziya verilib.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?