31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
"Amazon" şirkəti elektron ticarətlə bağlı qanunazidd müqavilələr bağladığı üçün cərimələnib

"Amazon" şirkəti elektron ticarətlə bağlı qanunazidd müqavilələr bağladığı üçün cərimələnib

Paris Ticarət Məhkəməsi "Amazon" şirkətlər qrupuna aid "Amazon Services Europe" və "Amazon France Services" şirkətlərini elektron ticarətlə bağlı mövcud qanunlara uyğun gəlməyən müqavilələr bağladıqları üçün 4 milyon avro məbləğində cərimələyib.

Türkiyə mətbuatının məlumatına görə, bu barədə Rəqabət, İstehlak, Dələduzluğa qarşı Cəzalar Baş Direktorluğundan (DGCCRF) bildirilib. Məhkəmənin qətnaməsi tam yetrinə yetirilməməsi halında cavabdeh şirkətlər gündəlik 10 min avro əlavə cərimə ödəməli olacaqlar.

Qeyd edək ki, DGCCRF tərəfindən 2016-2017-ci illər ərzində Fransada fəaliyyət göstərən bütün elektron ticarət meydançalarına dair aparılan araşdırmalar nəticəsində "Amazon"un satıcı ilə onun üçün açıq-aşkar əlverişsiz şərtlərlə, Fransa Ticarət Məcəlləsinə zidd müqavilələr bağladığı halları üzə çıxarılmışdı. Araşdırmanın nəticələri açıqlandıqdan sonra iqtisadiyyat və maliyyə naziri Bruno le Mer "Amazon" şirkətini məhkəməyə vermişdi.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?