28 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Böyuk Britaniyanın Aİ üzvlüyündən sazişsiz çəkilmə siyasəti biznes dairələrində ciddi narahatlıq yaradıb

Böyuk Britaniyanın Aİ üzvlüyündən sazişsiz çəkilmə siyasəti biznes dairələrində ciddi narahatlıq yaradıb

Böyuk Britaniyanın Aİ üzvlüyündən sazişsiz çəkilməsi ilə əlaqədar sərmayəçi dairələrin artan narahatlığı üzündən funt-sterlinq məzənnəsi 2016-cı ilin oktyabr ayından etibarən ən aşağı həddinə enib. Son hərracda funtun dollara qarşı məzənnəsi 1,1968 dollaradək azalıb. İyul ayında funtun məzənnəsi 2017-ci ilin mart ayının minimum qiymətini təkrarlamışdı.

Xatırladaq ki, Böyük Britaniya Aİ-ni bu ilin mart ayında tərk edəcəkdi, lakin Baş nazir Tereza Mey tərəfindən sazişin imzalanması ilə bağlı bir neçə dəfə verilən təklifləri parlament qəbul etməyib. Nəticədə Böyük Britaniya Aİ ilə qarşılıqlı məqbul sayılacaq sazişi hazırlamaq üçün aprelin 12-dək, sonra da oktyabrın 31-dək möhlət alıb.

Yeni Baş nazir Boris Conson 31 oktyabr tarixindən Aİ üzvlüyündən bütün hallarda çıxmaq əzmindədir.

VergiArtıq ödənilmiş rüsumun geri qaytarılması VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi?