28 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Avrasiya İqtisadi İttifaqı İranla sərbəst ticarət bölgəsi yaradır

Avrasiya İqtisadi İttifaqı İranla sərbəst ticarət bölgəsi yaradır

Avrasiya İqtisadi İttifaqı ilə İran arasında sərbəst ticarət bölgəsinin yaradılmasına dair müvəqqəti sazişin qüvvəyə minməsi üçün lazımi işlər yekunlaşdırılıb. Avrasiya İqtisadi Komissiyasının yaydığı məlumata əsasən, bununla bağlı tərəflər arasındakı nota mübadiləsi müvafiq sazişin oktyabrın 27-dən fəaliyyətə başlayacağı deməkdir: "İranın Rusiyadakı səfiri ilə Avrasiya İqtisadi Komissiyasının rəhbərinin görüşü zamanı təqdim olunan sazişi iyun ayında İran parlamenti təsdiqləyib və prezident imzalayıb".

Qeyd edək ki, 2018-ci il mayın 17-də Astanada imzalanmış hökumətlərarası saziş tərəflər arasında ticarəti sərbəstləşdirməklə iqtisadi əməkdaşlığın inkişafını nəzərdə tutur.

Avrasiya İqtisadi İttifaqına üzv ölkələr Belarus, Ermənistan, Qazaxıstan, Qırğız Respublikası və Rusiya Federasiyasıdır.

VergiArtıq ödənilmiş rüsumun geri qaytarılması VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi?