17 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Donald Tramp Federal Ehtiyatlar Sistemini tənqid edib

Donald Tramp Federal Ehtiyatlar Sistemini tənqid edib

ABŞ Federal Ehtiyatlar Sistemi (FRS – Federal Reserve System) tərəfindən istinad faiz dərəcəsinin daha da azaldılması birja indekslərinin son vaxtlar ən böyük artımına gətirib çıxaracaq. Bu barədə “Twitter”dəki səhifəsində yazı paylaşan ABŞ Prezidenti Donald Tramp dolların xüsusilə də avro qarşısında güclənməsi nəticəsində ABŞ məhsullarının rəqabətdə uduzduğunu qeyd edərək, bununla bağlı FRS-yə irad tutub: "Avro dollara qarşı dəli kimi aşağı düşərək onlara ixracat və istehsalatda böyük üstünlük qazandırır... FRS də heç nə etmir! Bizim dollar indi tarixən ən güclü nöqtədədir. Qulağa yaxşı gəlir, elə deyilmi? Birləşmiş Ştatlardan kənara satmaq üçün məhsul istehsal edənlərdən başqa, hamı üçün".
"Bizim tarif problemimiz yoxdur, bizim FRS problemimiz var. Əllərindən heç nə gəlmir!" – deyən ABŞ lideri əvvəllər də istinad faiz dərəcəsini azaltmaq istəməyərək ölkəyə xarici kapitalların axınına, dollara tələbatın artmasına və beləcə digər valyutalar qarşısında güclənməsinə rəvac verdiyi üçün FRS-i dəfələrlə tənqid etmişdi.

VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər?