1 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Çində sərbəst ticarət zonaları yaradılır

Çin Dövlət Şurası ölkə ərazisində altı yeni sınaq sərbəst ticarət zonalarının yaradılması ilə bağlı layihəni təsdiqləyib. "Report" Çin Mərkəzi Televiziyasına istinadən xəbər verir ki, həmin xüsusi zonalar ölkənin cənubundakı Quanqsi Juanq muxtar bölgəsində, cənub-qərbdəki Yunnan əyalətində, şərqdəki Şandonq və Cianqsu əyalətlərində, şimal-şərqdəki Heilonqcianq əyalətində, şimaldakı Hebei əyalətində yaradılır.

"Yeni dövrdə Çin Xalq Respublikasının açıqlığını artıran strateji tədbirlərdən biri" kimi təqdim edilən layihənin ölkənin ayrı-ayrı regionları ilə dünya arasındakı iqtisadi-ticari əməkdaşlıq əlaqələrinə dövlət məhdudiyyətlərini aradan qaldırmaqla keyfiyyət artımına və milli potensialın üzə çıxarılmasına başlamaq barədə dövlət başçısı Si Cinpinq tərəfindən irəli sürülmüş fikirlər nəzərə alınmaqla icra olunacağı göstərilir.

Qeyd edək ki, bu il iyunun 28-də Osakadakı G-20 sammiti zamanı Çin dövlət başçısı yaxın zamanlarda idxalatın artımına maneə yaradan bir sıra süni əngəllərin aradan qaldırılacağını, beynəlxalq ticarət əlaqələrinə xələl gətirən sistem qüsurlarını dəf etmək üçün yaxın vaxtlarda altı sərbəst ticarət zonası təsis olunacağını, bununla yanaşı iqtisadi qloballaşma proseslərinin geniş sirayət etdiyi Şanqhai bələdiyyəsinin və cənubdakı kurort bölgəsi olan Hainan əyalətinin də inkişaf strategiyasına xüsusi diqqət yetiriləcəyini açıqlamışdı.

VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur?