31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Misir aviasərnişinlərdən tutulan rüsumların məbləğini artırıb

Misir aviasərnişinlərdən tutulan rüsumların məbləğini artırıb

Qahirə ölkənin aeroportlarının təhlükəsizliyinin gücləndirilməsi tədbirlərinin maliyyələşdirilməsi üçün mənbələr tapıb. Misir Mülki Aviasiya Nazirliyi aviasərnişinlərdən tutulan rüsumların məbləğinin artırılması və yeni rüsumlar tətbiq olunması barədə qərar qəbul edib. Noyabrın 15-dən başlayaraq Misir aeroportundan mütəmadi, yaxud çarter reysi ilə beynəlxalq uçuş həyata keçirən hər bir sərnişindən 25 dollar rüsum tutulacaq. Hazırda uçuş üçün vergi 20 dollardır. Daxili reyslərlə uçan sərnişinlər də xərcə düşəcəklər, çünki onlardan da rüsumlar tutulacaq, lakin onlar cəmi 5 dollar ödəyəcəklər. Bundan əlavə, aeroport xidmətinə görə rüsumlar 15 faiz artırılacaq.

Yeniliklər bununla bitmir. Misir aeroportlarında təhlükəsizlik sistemlərinin və prosedurlarının işlənib hazırlanması və tətbiqi üçün səyyahlardan xüsusi rüsumlar tutulacaq. Noyabrın 15-dən bütün aeroportlarda hər bir sərnişin bu məqsədlər üçün 2 dollar ödəyəcək, lakin Şarm əş-Şeyxə uçanlar iki dəfə çox - 4 dollar ödəməli olacaqlar. Planlaşdırılan rüsumlar həm ABŞ dolları, həm də dollara ekvivalent olan Misir dinarı ilə tutulacaq. Nazirliyin sərəncamında sərnişinlərin aviasiya təhlükəsizliyi üçün rüsumları necə ödəyəcəyi barədə heç nə deyilmir. Lakin həmin məbləğ, çox güman, aviabiletin qiymətinə əlavə ediləcək.

Müstəqil Misir KİV-lərinin yaydığına görə, yeni rüsumların tətbiqinin səbəbi bir sıra Avropa ölkələrinin aviasiya sahəsində təhlükəsizlik tədbirləri kompleksinin həyata keçirilməsi üçün Misirə borc verməkdən və ya qrant ayırmaqdan imtina etməsi ilə bağlıdır.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?