31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Portuqaliya ölkəyə qayıdan vətəndaşlara vergi güzəşti müəyyənləşdirib

Portuqaliya ölkəyə qayıdan vətəndaşlara vergi güzəşti müəyyənləşdirib

Ölkədə tətbiq olunan "Regressar" layihəsi ən azı üç il xaricdə yaşayan vətəndaşları əhatə edir. Portuqaliyaya qayıtdıqları təqdirdə həmin adamlara gəlir vergisində beş il müddətinə 50 faiz endirim edilir, iş tapanlara ölkəyə yerləşmə prosesində nağd pul ödənilir. Bu tədbirin görülməsində əsas məqsəd ölkədə yerli işçi qüvvəsinin sayının azalmasının qarşısını almaqdır. İndi digər Avropa ölkələri kimi, Portuqaliyada da əhalinin yaşlanması getdikcə sürətlənir.

Dünya İqtisadi Forumunun rəsmi internet saytının (WeForum) məlumatına görə, "Regressar" layihəsi başlayandan bəri 72 fərqli ölkədən 1700 nəfər şəxs öz ölkəsində iş tapmaq üçün qeydiyyatdan keçib. Məlumatda qeyd olunub ki, Portuqaliya hazırda sərmayəçilərə və məşğulluğu təmin edən sahibkarlara ölkədə yaşamaq icazəsi, eləcə də yüksək ixtisaslı işçilərə vergi güzəşti tətbiq edir.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?