31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Özbəkistanda ƏDV-dən azad məhsulların siyahısı genişləndirilib

Özbəkistanda ƏDV-dən azad məhsulların siyahısı genişləndirilib

Ölkədə istehsal edilən qida məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan sahibkarlara verilmiş güzəştə əsasən, onlar əlavə dəyər vergisindən azad ediliblər. Hökumətin qəbul etdiyi qərarda ƏDV-dən azad edilmiş məhsulların siyahısına mal, qoyun və toyuq əti daxil edilib. Güzəşt həmçinin bu il oktyabrın 1-dək xaricdən idxal olunan mal-qara və quşlara da aiddir. Bu ayın əvvəlində Prezident Şavkat Mirziyoyevin apardığı müşavirədə kənd təsərrüfatı məhsullarının emalı və qida məhsullarının keyfiyyətinin yüksəldilməsi müzakirə edilmişdi. Özbəkistanın dövlət rəhbəri müşavirədə qeyd etmişdi ki, kənd təsərrüfatı məhsullarının yığılması, daşınması, saxlanılması, emalı, qablaşdırılması və ixracı ilə məşğul olan mərkəzlərin sayının artırılması zəruridir.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?