28 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İngiltərədə energetik içkilərin satışına məhdudiyyət qoyulacağı gözlənilir

İngiltərədə energetik içkilərin satışına məhdudiyyət qoyulacağı gözlənilir

Ölkənin Səhiyyə naziri Mett Hənkokun hazırladığı qanun layihəsinə əsasən, tərkibində izafi şəkər və kafein olduğuna görə energetik içkilərin 16 yaşadək yeniyetmələrə satışının qadağan olunacağı gözlənilir. Nazir bildirib ki, bu plan hökumətdə və işgüzar dairələrdə mübahisə yarada bilər. "Ancaq uşaqlarda piylənmənin qarşısını almaq üçün hökumət, tərkibində şəkər olan içkilərin satışına müdaxilə etməlidir. Uşaqlara energetik içkilərin satılmasına qadağa qoyulması bu sahədə atılacaq əhəmiyyətli bir addım ola bilər".

Səhiyyə nazirinin mövqeyini İngiltərə ictimaiyyəti razılıqla qarşılayıb. Nazirin bu addımının İngitərədə maraqla gözlənilən Baş nazir seçkilərinə təsir göstərəcəyi də istisna edilmir. Tereza Meyin istefasından sonra Baş nazir vəzifəsinə real namizədlərdən olan Boris Conson tərkibində şəkər və kofein olan içkilərə, eləcə də alkoqollu içkilərə tətbiq edilən vergiləri artıracağını bildirmişdi.

VergiArtıq ödənilmiş rüsumun geri qaytarılması VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi?