31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
"Ticarət müharibəsi"nin Fransa-ABŞ "cəbhəsi" gərginləşir

"Ticarət müharibəsi"nin Fransa-ABŞ "cəbhəsi" gərginləşir

Fransa dövləti iri texnologiya şirkətlərinə vergi qoymaq qərarını elan edəndən dərhal sonra ABŞ Prezidenti Donald Tramp yüksək səlahiyyətli dövlət rəsmilərinə Fransanın planını araşdırmaqla bağlı tapşırıq verib. 

İngiltərənin "Financial Times" qəzetinin yazdığına görə, ABŞ dövlətinin ticarət təmsilçisi Robert Laythayzer Fransada Amerika şirkətlərini haqsız yerə hədəfə alan rəqəmsal xidmətlərin vergiyə cəlb edilməsi ilə bağlı təhqiqat aparılacağını bildirib. Qəzetin şərhində Fransanın vergiləri artırması ABŞ tərəfindən də Fransa markası olan şərablara və avtomobillərə tətbiq edilən verginin artırılmasına səbəb olacağı bildirilir.

Qeyd edək ki, Fransanın Milli Assambleyası rəqəmsal sahənin nəhəngləri olan GAFA-nın ("Google", "Amazon", "Facebook" və "Apple" şirkətlərinə verilən ümumi ad) fəaliyyətinə vergi qoyulması ilə bağlı qanun layihəsini qəbul edib və layihə artıq parlamentdən də keçib. ABŞ-ın iri rəqəmsal şirkətlərinin Fransada vergiyə cəlb edilməsinə yönəldilmiş qanun layihəsinə əsasən, illik dövriyyəsi 750 milyon avrodan artıq olan internet şirkətləri 3 faiz dərəcəsi ilə vergi ödəməli olacaqlar. Mütəxəssislər bu verginin bəzi Çin, Almaniya, İspaniya və Birləşmiş Krallıq şirkətlərinin fəaliyyətinə də təsir edəcəyini proqnozlaşdırırlar.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?