1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Çin ABŞ avtomobillərinə əlavə vergi tətbiqini təxirə salıb

Çin ABŞ avtomobillərinə əlavə vergi tətbiqini təxirə salıb

Çin ABŞ-da istehsal edilmiş avtomobillərə və avtomobillər üçün ehtiyat hissələrinə tətbiq edilən 25 faizlik əlavə verginin 3 ay müddətinə təxirə salındığını bildirmişdir. Ölkənin Maliyyə Nazirliyindən verilmiş açıqlamada göstərilmişdir ki, ABŞ Prezidenti Donald Tramp və Çinin dövlət başçısı Şi Cinpinqin keçən ayın sonunda nümayiş etdirdikləri fikir birliyi sayəsində ABŞ istehsalı olan avtomobillərə və ehtiyat hissələrinə 25 faizlik əlavə vergi 2019-cu il yanvarın 1-dən martın 31-dək təxirə salınmışdır. Açıqlamada qeyd edilmişdir: "Vergiləri təxirə salmaq iki ölkə liderlərinin gəldikləri fikir birliyinin təsdiqi baxımından qətiyyətli addımdır”. Sənəddə Çin ilə ABŞ arasındakı "ticarət müharibəsi"nə yönəldilmiş müzakirələrin sürətləndiriləcəyinə də ümid bəslənildiyi bildirilmişdir".

Qeyd edək ki, Çin rəhbərliyi avqust ayının əvvəlində ABŞ-ın 200 milyard dollar həcmində Çin mallarına qarşı tətbiq edəcəyi əlavə vergilərə cavab olaraq, ABŞ istehsalı olan avtomobillərə və avtomobillər üçün ehtiyat hissələrinə tətbiq etdiyi gömrük vergisinin dərəcəsini 15 faizdən 40 faizə qaldırmışdı. ABŞ-da istehsal edilmiş avtomobillər Çinin idxal etdiyi avtomobillərin təxminən 25 faizini təşkil edir. Çin hökuməti keçən il ABŞ-dan 250 mindən artıq maşın idxal etmişdi. ABŞ Prezidenti Donald Tramp və Çin lideri Şi Cinping noyabrın 30-dan dekabrın 1-dək Argentinada keçirilmiş G20 ölkələrinin zirvə toplantısında görüşmüş, 90 gün ərzində yeni gömrük vergisini tətbiq etməmək barədə razılığa gəlmişdi. Çinin Baş nazirinin müavini Liu Hi ilə ABŞ-ın xəzinədarlıq naziri Steven Mnuxin və ticarət təmsilçisi Robert Laythayzer arasında telefon danışığı zamanı ticarət müzakirələrində yeni addımlar atmaq istiqamətində yol xəritəsi və işlərin irəli aparılması mövzuları müzakirə edilmişdi.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?