5 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Belarus Rusiyanın vergi manevrlərinin təsirini azaltmaq üçün yol axtarır

Belarus Respublikası Prezidentinin mətbuat katibi Natalya Eysmont dövlət televiziyasına müsahibəsində bildirmişdir ki, qarşıdakı dörd il ərzində Belarus iqtisadiyyatı Rusiyanın vergi manevrlərinin nəticəsi olaraq 11 milyard dollara qədər vəsait itirə bilər. Onun sözlərinə görə, neftin qiyməti ilə bağlı vəziyyət yalnız Belarus üçün deyil, Qırğızıstan və Ermənistan üçün də gərginləşmişdir. "Hesablamalarımıza görə, yalnız son üç il ərzində Belarus 3 milyard 600 milyon dollar vəsaitdən məhrum olmuşdur. Bu, çox böyük məbləğdir".
Ölkə Prezidenti Aleksandr Lukaşenko bəyan etmişdir ki, Rusiyanın neft manevrləri ilə bağlı Belarus Respublikasının iqtisadiyyatı ən pis variantda belə, məhv olmayacaq: "Bundan belarusların həyəcanlanması məni narahat edir. Mən açıq demək istəyirəm: həyəcanlanmaq üçün heç bir səbəb yoxdur. Bu bizim - ölkə rəhbərliyinin problemidir, bunu biz həll etməliyik". Prezident əlavə etmişdir ki, heç bir faciə baş verməyəcək. Sadəcə, biz öz xarici siyasətimizi yenidən qurmalı olacağıq.

Bundan əvvəl isə Rusiyanın maliyyə naziri Anton Siluanov açıqlama verərək bildirmişdi ki, Rusiya Belarus Respublikasına vergi manevrləri ilə əlaqədar kompensasiya ödəniləcəyi barədə hər hansı vəd verməmişdir. Belarusun maliyyə nazirinin müavini Dmitri Kiykonun açıqlamasında qeyd edilmişdir ki, Rusiya Federasiyasının neftlə əlaqədar vergi manevrlərinin təsirlərinin minimuma endirilməsi məqsədilə ölkə rəhbərliyi tədbirlər görəcək və məsələnin müsbət həll olunacağına ümid edir: "Hər şey öz əlimizdədir, biz bunu nəzərə almalı və gözlənilən mənfi nəticələrin minimuma endirilməsi üçün tədbirlər görməliyik. Bu tədbirlər büdcəni planlaşdırarkən və ya iqtisadiyyatın inkişafı ilə bağlı planlar qəbul edərkən hansısa yeni şərtlər ola bilər. 2019-cu ildə itkilər 300 milyon dollardan artıq olacaq və artmaqda davam edəcək". Kiyko bildirmişdir ki, Belarusun neft emalı zavodlarının işinin hökumətin yeni tələbləri əsasında mümkün yeni şərtlərə uyğunlaşdırılması məqsədilə neft məhsullarına tətbiq edilən aksiz vergisinin dərəcəsi 25 faizə endirilmişdir. Bundan əlavə, büdcə konservativ ssenari əsasında tərtib edilmişdir, gələn ilin büdcəsində vergi manevrlərindən yaranacaq itkilər nəzərə alınmışdır. Hökumətin həyata keçirdiyi tədbirlərlə yanaşı, Rusiya ilə aparılan danışıqlarda müsbət nəticə əldə ediləcəyi də istisna olunmur. Bu məsələ ilə bağlı iki ölkə prezidentlərinin görüşü planlaşdırılmışdır.

Qeyd edək ki, bu il neftin və neft məhsullarının dünya bazarında qiymətinin kəskin şəkildə artması neft sənayesindəki qiymətqoymanı optimallaşdırmaq üçün Rusiya hökumətini müəyyən addımlar atmağa vadar etmişdir. Dövlət Dumasının bu məsələ ilə bağlı Vergi Məcəlləsində və "Gömrük tarifləri haqqında" Qanunda apardığı dəyişikliklər "vergi manevri" adlandırılır və bir neçə gündən sonra - 2019-cu ilin vanvarından qüvvəyə minəcək. Bu addımın atılmasının iki əsas məqsədi var:
- neft və neft məhsullarının daha əlverişli ixracına nail olmaq;
- daxili bazarda emal üçün neftin qiymətinin artımını təmin etmək.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?