1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Rusiyada vergi bildirişlərinin kağızla göndərilməsi azaldılacaq

Rusiyada vergi bildirişlərinin kağızla göndərilməsi azaldılacaq

Rusiyanın Maliyyə Nazirliyi büdcə vəsaitlərinə qənaət etmək məqsədilə vergi bildirişlərinin və vergilərin ödənilməsi ilə bağlı tələblərin vətəndaşlara kağız daşıyıcılarla göndərilməsini azaltmaq niyyətindədir. Bu barədə qanun layihəsi artıq hazırdır və ictimaiyyətin müzakirəsi üçün hüquqi-normativ aktlar portalında nəşr edilib. 

Layihədə vergilərə aid sənədlərin vətəndaşların Federal Vergi Xidmətinin rəsmi saytındakı şəxsi kabinetləri üzərindən yalnız elektron formada göndərilməsi nəzərdə tutulub. İstisna hallar isə əlillər, təqaüdçülər və ucqar ərazilərdə yaşayan insanlar üçün nəzərdə tutulub. Kim bildirişləri əvvəlki kimi kağız formada almağı arzu edərsə, vergi orqanına əvvəlcədən rəsmi ərizə ilə müraciət etməlidir. Federal Vergi Xidmətinin rəsmi saytında şəxsi kabinet yaratmamış vergi ödəyiciləri gələn il iyunun 1-dən vergi xidmətindən məktubla birlikdə sayta asan daxil olmaq üçün qeydiyyat kartı da alacaqlar.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?