Layihədə vergilərə aid sənədlərin vətəndaşların Federal Vergi Xidmətinin rəsmi saytındakı şəxsi kabinetləri üzərindən yalnız elektron formada göndərilməsi nəzərdə tutulub. İstisna hallar isə əlillər, təqaüdçülər və ucqar ərazilərdə yaşayan insanlar üçün nəzərdə tutulub. Kim bildirişləri əvvəlki kimi kağız formada almağı arzu edərsə, vergi orqanına əvvəlcədən rəsmi ərizə ilə müraciət etməlidir. Federal Vergi Xidmətinin rəsmi saytında şəxsi kabinet yaratmamış vergi ödəyiciləri gələn il iyunun 1-dən vergi xidmətindən məktubla birlikdə sayta asan daxil olmaq üçün qeydiyyat kartı da alacaqlar.