25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
ABŞ milyarderləri daha çox vergi ödəmək istəyirlər

ABŞ milyarderləri daha çox vergi ödəmək istəyirlər

ABŞ-da 18 nəfər milyarderin imzası ilə varlılardan daha çox vergi tutulmasının zəruri olduğu barədə bir məktub yayımlanıb. 2020-ci ildə keçiriləcək prezident seçkiləri üçün namizədliyini irəli sürənlərə müraciətlə yazılmış məktubda ölkənin 10 faizini təşkil edən varlılardan "sərvət vergisi" tutmaq təklif edilir. 

Yeni verginin orta və ya aşağı gəlirli deyil, maliyyə baxımından ən imkanlı təbəqədən tutulmasının zəruri olduğu vurğulanan məktubda bildirilir: "ABŞ hökumətinin əxlaqi, etik və iqtisadi baxımdan sərvətlərimizdən daha çox vergi tutmaq məcburiyyəti vardır. Sərvət vergisindən əldə ediləcək gəlir isə iqlim dəyişikliyi ilə mübarizə, iqtisadiyyatın, səhiyyə xidmətlərinin inkişaf etdirilməsi, bərabər imkanlar yaradılması və demokratik azadlıqların gücləndirilməsi kimi sahələrdə istifadə edilməlidir".

ABŞ-da 2020-ci ildə keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürən bir sıra siyasətçilərin "sərvət vergisi" ideyasını dəstəklədiyi bildirilən məktubda namizədlər arasından demokrat senator Elizabet Varrenin təklifi əsas götürülüb. Təklifdə 50 milyon dollardan artıq sərvəti olanların bu miqdardan artıq məbləğin 2 faizini vergi kimi ödəmələri irəli sürülür. Məsələn, 70 milyon sərvəti olan şəxs, təklifə əsasən, 20 milyon dolların 2 faizi qədər, yəni 400 min dollar vergi ödəməlidir. 1 milyard dollardan artıq sərvəti olanlardan isə 3 faiz dərəcəsi ilə vergi tutulmalıdır. Məktubda bildirilib ki, yeni verginin tətbiq olunacağı təqdirdə büdcəyə 10 ildə 3 trilyon dollar əlavə vəsait daxil olacaq.

Məktubun sonunda milyarderlər "Biz - bu məktubu imzalayanlar daha artıq vergi ödəməyimizə imkan yaradacaq "sərvət vergisi"ni dəstəkləməyi özümüzə borc bilirik" mesajını paylaşıblar. Məktub Luis J. Bovdiç, Robert S. Bovdiç, Abiqail Disney, Sean Eldric, Stepfan R. English, Aqnes Qund, Katerin Qund, Nik Hanauer, Arnold Hiatt, Kris Huqes, Molly Mungqr, Reqan Pritzker, Castin Rosensteyn, Stefan M. Silbersteyn, Lan T. Simmons, Liesel Pritzker Simmons, Aleksandr Soros, Corc Soros və adının açıqlanmasını istəməyən bir şəxsin imzası ilə yayımlanıb.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?