1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İsveçdə plastik torbalar üçün vergi tutulacaq

İsveçdə plastik torbalar üçün vergi tutulacaq

Gələn ildən tətbiq edilməsi nəzərdə tutulan vergi iki dərəcə üzrə tutulacaq – standart torbalar üçün 3 krona (0,33 ABŞ dolları) və nazik torbalar üçün 0,3 krona (0,033 ABŞ dolları). 

Bu təşəbbüsü irəli sürənlərin qənaətinə görə, yeni vergi istehlakçıları düşünməyə vadar edəcək ki, plastik torba almaq onlar üçün nə dərəcədə zəruridir. Hakimiyyətin mövqeyi belədir ki, bu verginin qoyulması ilə Avropa İttifaqı tərəfindən müəyyənləşdirilmiş normativə əməl etmək mümkün olacaq. Həmin normativin tələbi il ərzində bir adama 40 plastik torba düşür. İsveçin maliyyə bazarları naziri Per Bulyund bildirib: "İstifadə edilən çoxlu sayda plastik torbalar ətraf mühitə düşür və dənizlərimizi çirkləndirir, heyvanlara və bitkilərə ziyan vurur. Biz bununla razılaşa bilmərik". Qeyd edilib ki, yeni vergi "məhdudlaşdırıcı amil" olmaqla yanaşı, dövlət büdcəsinə də faydalı olacaq: hər il 2,9 milyard krona (310 milyon ABŞ dolları) gəlir gətirəcək.

Yeni verginin tətbiqi ilə bağlı qanunun qüvvəyə minmə tarixi isə hələ dəqiqləşdirilməyib.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?