28 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Qazaxıstanda vergi "cashback"ı hazırlanır

Qazaxıstanda vergi "cashback"ı hazırlanır

İqtisadiyyat naziri Ruslan Dalenov bidirib ki, nazirlik nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə bonus sistemi işləyib hazırlayır: "Vergi siyasətində əsas prioritetimiz nağdsız ödənişlərin stimullaşdırılması, vergi bazasının genişləndirilməsi və vergilərin ödənilməsi proseslərinin sadələşdirilməsidir".

Nazirin sözlərinə görə, nağdsız ödənişlərin stimullaşdırılması ilə bağlı məsələ indi hazırlıq mərhələsindədir. Hazırlığa daxil olan məsələlərdən biri ticarət şəbəkələrində kartla ödəniş edən şəxslərə dövlət tərəfindən bonus verilməsidir. Həmin vəsaitlə sonradan vergi ödəmək və ya alış-veriş etmək mümkün olacaq. Bildirilib ki, bu, sadə məsələ deyil və banklarla birgə işləməyə ehtiyac var: "Ona görə də biz bu ildən hazırlıq görürük ki, gələn il öz təklifimizi irəli sürə bilək".

VergiArtıq ödənilmiş rüsumun geri qaytarılması VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi?