1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Türkiyədə e-ticarət şərtləri sərtləşdirilib

Türkiyədə e-ticarət şərtləri sərtləşdirilib

İyun ayının 1-dən qüvvəyə minmiş qanuna əsasən, Türkiyədə xarici onlayn saytlar üzərindən aparılan və dəyəri 22 avrodan artıq olmayan alış-verişlərin vergidən azad olunması ləğv edilib. Qiyməti 1500 avrodan artıq olmamaq şərti ilə poçt və ya sürətli karqo nəqliyyatı ilə gətirilən əşyalara, eləcə də hər bir sərnişinin özü ilə gətirdiyi və müəyyənləşdirilmiş limitdən artıq əşyalara, dəyəri nəzərə alınmaqla, vergi tətbiq edilməyə başlanılıb.

Qüvvəyə minmiş yeni müddəalara əsasən, tətbiq edilən verginin həcmi: əşya Avropa İttifaqı ölkəsindən gətirildikdə 18 faiz, digər ölkələrdən gətirildikdə isə 20 faizdir. Bundan başqa, gətirilən əşya “Xüsusi istehlak vergisi haqqında” qanuna əsasən tərtib edilmiş siyahıda olan əşyalar üçün əlavə 20 faiz vergi tutulur.
İndiyə qədər hər bir vətəndaş xaricdən Türkiyəyə gələrkən özü ilə iki ildə bir dəfə vergi ödəmədən televizor, musiqi mərkəzi və cib telefonu gətirə bilərdi. Artıq həmin müddət üç ilə qaldırılıb.

Türkiyədə yaşayanlara poçt və ya sürətli karqo nəqliyyatı ilə göndərilən, qiyməti hər bağlama üçün 150 avrodan artıq olmayan fərdi istifadəyə aid kitab və oxşar çap məhsullarından isə əvvəlki kimi vergi tutulmur.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?