5 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Almaniya ABŞ ilə uzunmüddətli enerji müqaviləsi imzalayıb

Almaniyanın “Securing Energy for Europe” (SEFE) şirkəti ilə Amerikanın “Venture Global LNG” şirkəti arasında mayeləşdirilmiş təbii qaz (NLG) təchizatına dair 20 il müddəti əhatə edən müqavilə imzalanıb.

“CNN Türk” kanalının xəbərində bildirilir ki, yeni müqavilə Almaniya üçün ildə 2,25 milyon ton LNG təmin edəcək. Bununla da “Venture Global” hər il ümumilikdə 4,25 milyon ton LNG ixracı ilə Almaniyanın ən böyük maye qaz təchizatçısı olacaq.

“Venture Global”ın baş direktoru Mayk Sabel SEFE-ni ABŞ-nin əsas müttəfiqi kimi təqdim edib: “Venture Global” strateji tərəfdaşlığa başlamaqdan məmnundur. Bu tərəfdaşlıq şirkətimizi Almaniyanın ən böyük uzunmüddətli LNG təchizatçısı edir”.

Avropa İttifaqı üzvləri arasında ən böyük iqtisadiyyata malik Almaniya Ukraynadakı münaqişədən əvvəl tələbatının 40%-ni Rusiyadan gələn qazla qarşılayırdı. Almaniya keçən il bunu ABŞ və Yaxın Şərqdən idxal edilən LNG ilə əvəz edərək, problemin qismən həllinə nail ola bilmişdi. Ölkə hazırda təbii qaz təchizatı üçün sürətlə öz infrastrukturunu qurmaqdadır.

Xatırladaq ki, bu ilin mart ayında Federal Məclisin deputatı Andrej Hunko ABŞ-dən alınan "daha baha və ekoloji cəhətdən daha pis" LNG-yə həddən artıq güvənməyə qarşı xəbərdarlıq etmişdi. O, bildirmişdi ki, Rusiyadan ucuz təbii qaz daşıyan “Şimal axını” boru kəmərində keçən il baş vermiş partlayış Almaniyaya baha başa gəlib. Siyasətçinin iddiasına görə, marşrutun sabotaj edilməsi əvvəllər Rusiya təbii qazından asılı olan Almaniyanı indi ABŞ-dən gətirilən LNG-dən asılı vəziyyətə salıb.

Bunu da qeyd etmək yerinə düşər ki, Almaniyanın iri qaz idxalçısı SEFE əvvəllər Rusiyanın enerji nəhəngi "Gazprom"un törəmə şirkəti idi və “Gazprom Germania” kimi tanınırdı.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?