29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İspaniya ərzaq məhsullarına tətbiq olunan ƏDV güzəştlərini davam etdirəcək

İspaniya ərzaq məhsullarına tətbiq olunan ƏDV güzəştlərini davam etdirəcək

İspaniya hökuməti əsas ərzaq məhsullarına aid əlavə dəyər vergisi (ƏDV) güzəştini iyun ayından sonra da davam etdirəcək. İspaniya Krallığının Birinci vitse-prezidenti və iqtisadiyyat naziri Nadia Kalvino bu barədə açıqlama verib.

Nazir İspaniya Sosialist İşçi Partiyasının (PSOE) qərargahında keçirilmiş mətbuat konfransında deyib: "Mən təsdiq edə bilərəm ki, biz daha əlverişli qiymət səviyyəsinə çatana qədər əsas ərzaq məhsullarından daha az ƏDV tutulmasına davam edəcəyik". O, əlavə edib ki, əsas ərzaq məhsullarına tətbiq olunan vergi güzəşti qiymət səviyyəsi “daha münasib” olana qədər saxlanılacaq.
N.Kalvino hazırda qüvvədə olan tədbirlərdən hansının iyun ayından sonra davam etdiriləcəyinin nəzərdən keçirdiyini bildirib.

Qeyd edək ki, keçən il dekabr ayının sonunda ölkənin Baş naziri Pedro Sançes böhran dövründə vətəndaşları maddi cəhətdən qorumaq üçün 10 milyard avro həcmində yeni yardım paketinin təsdiq edildiyini açıqlamışdı. Yardım paketinin əsas aspektlərindən biri inflyasiyanın təsirlərini yumşaltmaq üçün istehlak səbətinə daxil olan bəzi məhsullara görə tutulan ƏDV-nin azaldılmasıdır. Məsələn, hökumət çörək və süd də daxil olmaqla, bütün əsas ərzaq məhsullarına tətbiq edilən 4%-lik ƏDV-ni 6 ay müddətinə ləğv etmiş, kərə yağı və makaron kimi bir sıra məhsullara tətbiq edilən ƏDV-nin dərəcəsini isə 10%-dən 5%-ə endirmişdi.

VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur?