29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Aİ-nin 2024-cü il üçün büdcə layihəsi açıqlanıb

Aİ-nin 2024-cü il üçün büdcə layihəsi açıqlanıb

Avropa İttifaqı (Aİ) Komissiyası 2024-cü ilin büdcə layihəsi ilə bağlı təklifini açıqlayıb. Layihəyə əsasən, Aİ-nin gələn il üçün büdcəsi 189,3 milyard avro təşkil edəcək.

Bu büdcəyə əlavə olaraq, Aİ Komissiyası COVİD-19 epidemiyasının iqtisadi təsirlərinə qarşı hazırladığı bərpa proqramı çərçivəsində üzv ölkələrə 113 milyard avro yardım edəcək.

Büdcə və yardım proqramı Avropanın iqtisadi dirçəlişini davam etdirmək, məşğulluğu artırmaq və strateji özünüidarəni gücləndirmək məqsədi daşıyacaq.

Büdcə Avropanı daha dayanıqlı və gələcəyə davamlı etmək üçün “yaşıl” və rəqəmsal transformasiyaya üstünlük verəcək.

Büdcədən Ortaq Kənd Təsərrüfatı Siyasətinə (CAP) 53,8 milyard avro, regional inkişaf və uyğunlaşma proqramlarına 47,9 milyard avro, beynəlxalq əməkdaşlıq və tərəfdaşlara 15,8 milyard avro, tədqiqat və inkişaf proqramlarına 13,6 milyard avro, strateji investisiyalara 4,6 milyard avro, kosmosa aid xərclərə 2,1 milyard avro, “Erasmus” təhsil proqramına 3,7 milyard avro, ətraf mühit və iqlim fəaliyyətlərinə 2,4 milyard avro, sərhədlərin qorunmasına 2,2 milyard avro, miqrasiya ilə bağlı xərclərə 1,7 milyard avro, müdafiə məsələlərinə 1,6 milyard avro, eləcə də namizəd ölkələri dəstəkləmək üçün yardıma 2,1 milyard vəsait ayrılacaq.

İctimayyətə açıqlanmış büdcə layihəsi növbəti mərhələdə Aİ Şurası ilə Avropa Parlamenti (AP) arasında aparılan danışıqlar başa çatdıqdan, lazımi təsdiqlər alındıqdan sonra qüvvəyə minəcək.

Qeyd edək ki, Aİ büdcəsinin gəlirləri, əsasən, üzv dövlətlərin təmin etdiyi resurslardan yaranır, xərc hissəsi isə kənd təsərrüfatı, iqtisadi və struktur fondları, tədqiqat, təhsil, xarici əlaqələr, genişlənmə və inzibati xərclərdən ibarətdir.

Aİ büdcəsinə baş ofisi Lüksemburqda yerləşən Avropa Auditorlar Məhkəməsi nəzarət edir.

VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur?