29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Norveç Neft Fondu süni intellektin inkişafına sərmayə yatırmaq üçün qaydalar hazırlayır

Norveç Neft Fondu süni intellektin inkişafına sərmayə yatırmaq üçün qaydalar hazırlayır

Norveç Neft Fondu avqust ayında süni intellektin inkişafı və tətbiqi ilə məşğul olan şirkətlərə "etik investisiya" qaydaları təklif edəcək.

Texnologiya şirkətlərinin əsas investoru olan Norveç Neft Fondunun rəhbəri Nikolay Tanqen Britaniyada nəşr olunan “Financial Times” qəzetinə müsahibəsində bildirib ki, indiyə qədər fond süni intellekt texnologiyası tətiq edən 9.000-dən çox şirkətə sərmayə qoyub.

N.Tangen hesab edir ki, bütün dünya hökumətləri süni intellektin tətbiqini aktiv şəkildə tənzimləməlidir. Onun sözlərinə görə, Neft Fondu əmək məhsuldarlığını artırmaq və birjada daha sərfəli ticarət aparmaq üçün qabaqcıl alqoritmlərdən istifadə edəcək. "Məni süni intellekt çox maraqlandırır. Bu il biz işin səmərəliliyini 10% artırmağı gözləyirik ki, bu da böyük nəticə deməkdir", - Neft Fondunun rəhbəri deyib.

Bundan əvvəl Avropanın Rəqəmsallaşma və Rəqabət üzrə Komissarı Marqret Vestager bəyan etmişdi ki, Avropa Parlamenti 2023-cü ilin sonuna qədər Avropa İttifaqı daxilində neyron şəbəkələrin və süni intellektin vahid tənzimlənməsinə yönəlmiş yeni qanunvericilik təşəbbüslərini təsdiqləməyi nəzərdə tutur.

Qeyd edək ki, 31 dekabr 2022-ci il tarixinə dəyəri Norveç Neft Fondunun vəsaitlərinin həcmi təxminən 12,4 trilyon kron (təxminən 1,24 trilyon dollar) təşkil edirdi. Milli Rifah Fondu İnstitutunun məlumatına görə, Norveç Neft Fondu oxşar maliyyə qurumları arasında aktivlərinin həcminə görə dünyada birinci yerdədir.

VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur?