29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Çinin dövlət sektorunda rəqəmsal yuanın tətbiqi genişləndirilir

Çinin dövlət sektorunda rəqəmsal yuanın tətbiqi genişləndirilir

Çinin şərqindəki Jianqsu əyalətinin Çanqşu şəhərində dövlət işçilərinin maaşlarının gələn aydan rəsmi rəqəmsal valyuta olan e-CNY (rəqəmsal yuan) ilə ödəniləcəyi bildirilib.

“Shanghai Securities Journal”a istinadən yayılan məlumata görə, pilot layihəyə yerli hökumət rəsmiləri və dövlət müəssisələrinin əməkdaşları cəlb olunacaq.

2002-ci ilin iyun ayından bəri Çanqşu şəhərinin dövlət müəssisələrində çalışan 4.900-dən çox işçinin iş vaxtından artıq ödənişləri elektron valyuta ilə həyata keçirilmişdi. Şəhər hökuməti həmçinin texnoloji şirkətlərə bəzi subsidiyaları, eləcə də dövlət sektoru işçilərinin nəqliyyat və mənzil müavinətlərini rəqəmsal yuanla ödəyirdi.

Fevral ayında açıqlanan plana əsasən, Jianqsu əyalət hökuməti 2025-ci ilə qədər rəqəmsal yuanın istifadəsini genişləndirəcəyini, ondan dövlət satınalmalarında, vergi və sosial sığorta ödənişlərində, təhsil və səhiyyə xərclərində istifadə ediləcəyini açıqlamışdı.

Əməkhaqqının rəqəmsal valyuta ilə ödənilməsi barədə qərar e-CNY-nin istifadəsinin təşviqi istiqamətində atılan mühüm addım kimi qiymətləndirilir.

Qeyd edək ki, əvvəllər müstəqil rəqəmsal valyutaların ticarətini qadağan edən Pekin administrasiyası rəsmi rəqəmsal valyuta ilə bağlı ilk araşdırmalara 2014-cü ildə başlayıb. "e-CNY" adlanan rəsmi rəqəmsal valyutanın pilot tətbiqi 2020-ci ildə istifadəyə verilib.

Rəqəmsal valyuta ilə edilən köçürmələrin 2021-ci ilin sonuna qədər 87,57 milyard yuana (13,78 milyard dollar) çatdığı bildirilir.

2022-ci ildə Çin Xalq Bankı pilot tətbiqin əhatə dairəsini genişləndirib, iOS və Android proqram təminatlarında rəqəmsal yuan üçün mobil elektron pul kisəsi tətbiqini istifadəyə verib.

Mobil tətbiq indiyədək Qış Olimpiya Oyunlarının keçirildiyi şəhərlər də daxil olamaqla 12 şəhər və əyalətdə işlədilib.

Müşahidələrə görə, onlayn ödəniş sistemlərinin geniş tətbiq olunduğu Çində artıq nağd puldan istifadə xeyli azalıb.

VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur?