29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
BVF ABŞ hökumətinə dövlət borclarının artacağı barədə xəbərdarlıq edib

BVF ABŞ hökumətinə dövlət borclarının artacağı barədə xəbərdarlıq edib

Beynəlxalq Valyuta Fondu (BVF) Maliyyə Monitorinqi hesabatında bəyan edib ki, ABŞ-də dövlət borclarının artması yaxın illərdə də davam edəcək.

BVF ekspertləri hesab edirlər ki, borcun artımı qismən rəsmi Vaşinqtonun səhiyyə və sosial təminat, təmiz enerji layihələrinə və digər yerli iqtisadi siyasətlərə daha çox vəsait xərcləməsi ilə bağlıdır.
BVF ABŞ və Çinin dünya miqyasında dövlət borcunun artmasında iki əsas aparıcı güc mərkəzi olduğuna diqqət çəkib. Fond xəbərdarlıq edib ki, dövlət borclarının artması və xərclərin genişləndirilməsi inflyasiya təzyiqlərini gücləndirə, mərkəzi bankların səylərini sarsıda bilər.

BVF-nin Maliyyə Məsələləri Departamentinin rəhbəri Vitor Qaspar “Financial Times” qəzetinə açıqlamasında deyib: "Bizim proqnozumuza görə, 2028-ci ilin sonuna dünyada dövlət borcu həcminin iqtisadi artımın təxminən 100 faizinə çatacağı gözlənilir".

BVF həmçinin ABŞ və İsveçrədəki son bank problemlərinin qlobal maliyyə böhranı risklərini artırdığını və bunun dövlət sektorunun balans hesabatlarına daha çox təzyiq göstərə biləcəyini bildirib.

VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur?