5 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Türkiyədə son beş ildə vergidən yayınanlar barədə xəbər verən 1.555 nəfər mükafatlandırılıb

Qardaş ölkədə vergi itkisi və vergidən yayınma ilə mübarizə çərçivəsində vətəndaşların dəstəyi davam edir. “Anadolu” Agentliyinin Gəlirlər Administrasiyasının (GIB) hesabatı əsasında hazırladığı məlumata görə, keçən il vergidən yayınanlar barədə dövlət orqanlarına xəbər verən 251 nəfərə ümumilikdə 12,4 milyon lirə (1,1 milyon manat) mükafat ödənilib.

Agentliyin şərhində bildirilir ki, qeyri-rəsmi iqtisadiyyat təkcə inkişaf etməmiş və inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatları üçün mühüm problem deyil, son zamanlar inkişaf etmiş ölkələrin iqtisadiyyatının da üzləşdiyi və mübarizə apardığı bir sahədir.

Qeyri-rəsmi iqtisadiyyatın azaldılması orta və uzunmüddətli perspektivdə iqtisadi sabitlik, gəlirlərin bölüşdürülməsi və məşğulluq kimi bir sıra makroiqtisadi amillərin yaxşılaşmasına, iqtisadiyyatda məhsuldarlığın və rəqabətqabiliyyətlilik səviyyəsinin yüksəldilməsinə, həmçinin dövlət gəlirlərinin artmasına kömək edir.

“Kölgə iqtisadiyyatı”ndan rəsmi iqtisadiyyata keçid prosesində uğur əldə etmək üçün ictimai qurum və təşkilatların, birliklərin, qeyri-hökumət təşkilatlarının və cəmiyyətin bütün təbəqələrinin aidiyyəti orqanlara dəstək verməsi və səmərəli əməkdaşlıq etməsi vacibdir. Bu çərçivədə fəal vətəndaşlar da öz bildirişləri ilə qeyri-rəsmi fəaliyyətlə məşğul olanların aşkarlanmasında dövlətə kömək edirlər.
Bu köməyin qarşılığı olaraq düzgün məlumat verənlər isə dövlət orqanları tərəfindən mükafatlandırılır, vətəndaşların məlumatı əsasında yığılan verginin 10 faizi vətəndaşlara verilir.

Xəzinə və Maliyyə Nazirliyi tərəfindən ödənilən “xəbər mükafatı”nın məbləği 2018-ci ildə 6.396.266 lirə, 2019-cu ildə 12.300.472 lirə, 2020-ci ildə 12.345.691 lirə, 2021-ci ildə isə 11.674.279 lirə olub.
Beləliklə, son 5 ildə vergidən yayınma faktı barədə dövlət orqanına xəbər verən 1.555 nəfərə ümumilikdə 55.107.259 lirə (lirənin indiki kursu ilə 4,84 milyon manat) mükafat ödənilib.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?