29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Qazaxıstan ölkəmizlə səmərəli əməkdaşlıq üçün yeni təkliflərə açıqdır

Qazaxıstan ölkəmizlə səmərəli əməkdaşlıq üçün yeni təkliflərə açıqdır

Azərbaycan Qazaxıstanın Cənubi Qafqazda əsas və perspektivli ticarət-iqtisadi tərəfdaşıdır.

Energetika Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, bu barədə Qazaxıstan Baş nazirinin müavini - ticarət və inteqrasiya naziri Serik Jumanqarin Bakıda keçirilən Azərbaycan və Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 19-cu iclası çərçivəsində energetika naziri Pərviz Şahbazovla ikitərəfli görüşü zamanı deyib.

Onun sözlərinə görə, Qazaxıstandan Azərbaycana 304 milyon ABŞ dollarından çox məbləğdə 100-dən çox növdə qeyri-xammal əmtəəsinin təchiz edilməsi üzərində işlər aparılır.
“Ölkələrimiz enerji, nəqliyyat, kənd təsərrüfatı mallarının ticarəti sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensiala malikdir. Biz mümkün olan çoxsaylı istiqamətlər üzrə qarşılıqlı faydalı və səmərəli əməkdaşlıq qurmağı hədəfləyirik və hər zaman yeni təkliflərə açığıq”, - deyə S.Jumanqarin qeyd edib.

İclasda Hökumətlərarası Komissiyanın 18-ci iclasından ötən dövr ərzində görülmüş işlər nəzərdən keçirilib, siyasi, ticarət-iqtisadi, energetika, nəqliyyat və logistika, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, media və digər sahələrdə əməkdaşlığa dair müzakirələr aparılıb.

Sonda Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyasının 19-cu iclasının yekunlarına dair Protokol imzalanıb. Komissiyanın 20-ci iclasının gələn il Qazaxıstanda keçirilməsi razılaşdırılıb.

VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur?