24 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Özbəkistanda "yaşıl" enerji istehsalçılarına vergi güzəşti tətbiq olunub

Özbəkistanda "yaşıl" enerji istehsalçılarına vergi güzəşti tətbiq olunub

Prezident Şavkat Mirziyoyevin imzaladığı "Bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Qanunda bu sahədə çalışan müəssisəsələr üçün vergi güzəştləri müəyyənləşdirilib. Qanunda istehlakçılar üçün də bəzi güzəştlər nəzərdə tutulub. 

Qurğuların istehsalçıları dövlət qeydiyyatına alındıqları gündən beş il müddətinə vergilərin bütün növlərindən azad ediliblər, "yaşıl" enerji istehlakçıları isə hər cür mövcud enerji mənbələrindən tam ayrılmaq şərti ilə üç il müddətinə torpaq vergisindən və fiziki şəxslərin gəlir vergisindən azad olunublar. Sənədə əsasən, bərpa olunan enerji dedikdə günəş, külək, yerdən çıxan istilik (geotermal), su axınlarının təbii hərəkəti, bioloji kütlələr kimi mənbələr nəzərdə tutulur. Bundan əvvəl energetika nazirinin müavini bildirmişdi ki, 2030-cu ilə qədər Özbəkistanda 25 günəş elektrik stansiyası fəaliyyət göstərəcək.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması