Özbəkistanda "yaşıl" enerji istehsalçılarına vergi güzəşti tətbiq olunub

2019.05.26 15:43 (UTC+04:00)

Qurğuların istehsalçıları dövlət qeydiyyatına alındıqları gündən beş il müddətinə vergilərin bütün növlərindən azad ediliblər, "yaşıl" enerji istehlakçıları isə hər cür mövcud enerji mənbələrindən tam ayrılmaq şərti ilə üç il müddətinə torpaq vergisindən və fiziki şəxslərin gəlir vergisindən azad olunublar. Sənədə əsasən, bərpa olunan enerji dedikdə günəş, külək, yerdən çıxan istilik (geotermal), su axınlarının təbii hərəkəti, bioloji kütlələr kimi mənbələr nəzərdə tutulur. Bundan əvvəl energetika nazirinin müavini bildirmişdi ki, 2030-cu ilə qədər Özbəkistanda 25 günəş elektrik stansiyası fəaliyyət göstərəcək.