29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Satışa çıxarılan “Toshiba” şirkətinin iflas səbəbləri...

Satışa çıxarılan “Toshiba” şirkətinin iflas səbəbləri...

Yaponiyada 1875-ci ildən fəaliyyət göstərən və dünyada yüksək texnologiyanın böyük bir dövrünə damğasını vurmuş “Toshiba” şirkəti son vaxtlar bir çox problemlərlə üzləşib. Xüsusilə 2017-ci ildə ABŞ-da atom elektrik stansiyası (AES) biznesinin uğursuzluğu “Toshiba”ya böyük zərbə vurub. Üstəlik də, son vaxtlar yaşadığı mühasibat qalmaqalı ilə şirkət çıxılmaz vəziyyətə düşüb.

“CNN Türk” kanalının xəbərinə əsasən, illərdir davam edən problemləri “Toshiba”nın sonunu gətirib və şirkət “Japan Industrial Partners” (JİP) tərəfindən 15,2 milyard dollarlıq satınalma təklifini qəbul edib.
Satınalma hələ təsdiqlənməsə də, ekspertlərin açıqlamalarına görə, bu, “Toshiba”nın qeyri-müəyyənlik vəziyyətindən çıxması üçün mühüm addım olacaq.

Şirkətin süqutunun başlanğıcı 2017-ci ilə təsadüf edir. O vaxt “Toshiba” ABŞ-da AES-in tenderini udaraq işə başlamışdı. Lakin nəticə uğursuz oldu və “Toshiba” məsuliyyətə cəlb olundu. Bu uğursuzluğun gətirdiyi məsuliyyət şirkətin üzərində maliyyə yükü yaratdı və şirkəti iflasa doğru sürükləməyə başladı.

Daha sonra şirkətin ən böyük məxfi səhmdarı “Effissimo Capital Management” fondu “Toshiba”ya ciddi təzyiq göstərdi. Bu təzyiqlər və maliyyə yükləri qarşısında “Toshiba” 2022-ci ilin yazında satılmaq qərarına gəldi.

Son rüb hesabatları çox da ürəkaçan olmayan “Toshiba” yaxın günlərdə JIP qrupuna daxil olacaq. Gələcəyi ilə bağlı açıqlama verilməsə də, şirkətin texnologiya istehsalını davam etdirəcəyi təxmin olunur.

VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur?