29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Stenli kuboku”nun beşqat qalibi vergi saxtakarlığında ittiham olunur

“Stenli kuboku”nun beşqat qalibi vergi saxtakarlığında ittiham olunur

İdmançılar arasında daha çox “yaşıl meydan” oyunçularının – futbolçuların vergi ilə bağlı məsuliyyətə cəlb olunması barədə xəbərlər yayılmaqdadır. Bu dalğa artıq “buz meydançaları”na da yayılmaqdadır. “İlta-Sanomat” qəzetinin məlumatına görə, ABŞ-nin Milli Xokkey Liqasında (NHL) beş dəfə ən yüksək priz – “Stenli kuboku” qazanmış finlandiyalı xokkeyçi Esa Tikkanen vergi fırıldaqçılığı iddiası ilə məhkəmə qarşısında dayanacaq.

Məqalədə göstərilir ki, vergidən yayınma iddiası ilə bağlı fakt 2015-ci il mayın 7-dən 2019-cu il sentyabrın 26-a qədər Espoo şəhərində baş verib. Söhbət xaricdən alınan pulların vergidən yayındırılmasından gedir. Esa Tikkanen iddia ilə bağlı özünü təqsirli bilməsə də, məhkəmə qarşısında cavab verməli olacaq.

İlkin istintaq zamanı keçmiş xokkeyçinin dəyəri 168 min avrodan çox olan əmlakı girov kimi müsadirə edilmiş, lakin sonradan bu qərar ləğv olunmuşdu.

Qeyd edək ki, Esa Tikkanen karyerası ərində NHL-də 7 fərqli komanda ilə 877 dəfə meydana çıxıb. O, “Edmonton Oilers” komandası ilə dörd, “Nyu-York Reyncers” komandası ilə bir “Stenli kubok”u qazanıb.

VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur?