29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İspaniya Futbol Federasiyası "Barselona"ya qarşı araşdırma aparmağa başlayıb

İspaniya Futbol Federasiyası "Barselona"ya qarşı araşdırma aparmağa başlayıb

İspaniya Futbol Federasiyası (RFEF) "Barselona" futbol klubunun Hakimlər Texniki Şurasının keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya məxsus şirkətə pul ödədiyi iddiası ilə bağlı araşdırmaya başlayıb.

RFEF-nin yazılı açıqlamasında bildirilib ki, Xose Maria Enrikes Neqreyraya məxsus şirkətin vergi bəyannaməsi ilə bağlı prokurorluğun apardığı araşdırma çərçivəsində “Barselona” klubunun 2016-2018-ci illər arasında bu şirkətə etdiyi ödənişlərə aid bütün sənədlər tələb olunub.

RFEF-nin açıqlamasında Luis Rubialesin federasiyaya prezident seçildiyi 17 may 2018-ci ildən sonra Hakimlər Texniki Şurasının bütün üzvlərinin, o cümlədən X.Neqreyranın öz işinə yenidən təyin olunduqları göstərilib. Federasiyanın bütün qurumlarındakı işçilər işə təyin olunarkən RFEF xaricində əldə etdikəri gəlirləri məcburi şəkildə bəyan etmək barədə sənəd imzalayıblar.

Digər tərəfdən, İspaniya mətbuatı "Barselona"nın Hakimlər Texniki Şurasının keçmiş vitse-prezidenti X.Neqreyranın şirkətinə 2016-2018-ci illər arasında ümumilikdə 1 milyon 685 min 142 avro ödədiyini əks etdirən fakturaları dərc edib. Xəbərlərdə klubun sözügedən şirkətə etdiyi ödənişlər müqabilində hər həftə oyunu idarə edəcək hakimlər haqda əvvəlcədən məlumat aldığı iddia olunur.

X.Neqreyraya məxsus “DASNIL 95 SL” şirkətinin vergi vəziyyəti ilə bağlı maliyyə idarəsi tərəfindən başladılan istintaqa prokurorluq daxil edildikdən sonra “Barselona”nın etdiyi ödənişlərə aid xəbərlər İspaniya mətbuatında yayılmağa başlayıb.

Şirkət sahibi X.Neqreyra yerli radiolardan birinə müsahibəsində prokurorluğa ifadə verdiyini deyib. Onun sözlərinə görə, şirkət tərəfindən “Barselona” komandasına şifahi məsləhət xidmətləri göstərilib, hər zaman qərəzsiz davranılıb, klubun rəqiblərinə qarşı faydalana biləcəyi hər hansı məlumat verilməyib.

"Barselona"nın hazırkı prezidenti Xoan Laporta isə xəbərin indi yayılmasının təsadüf olmadığını iddia edərək, lazım gələrsə, klubun hüquqlarını qorumaq üçün qanuni addımlar atacaqlarını açıqlayıb.

RFEF-nin mövcud nizam-intizam qaydalarına əsasən, “Barselona”nın hakimlərə pul ödədiyi aşkar olunarsa, komanda cərimə ilə cəzalandırılmaqla yanaşı, aşağı liqaya keçirilə, hətta 5 ilə qədər çempionatdan kənarlaşdırıla bilər.

VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur?