29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Türkiyəyə xaricdən göndərilən yardımlar üçün gömrük prosedurları sadələşdirilib

Türkiyəyə xaricdən göndərilən yardımlar üçün gömrük prosedurları sadələşdirilib

Qardaş ölkənin Ticarət Nazirliyi rəsmi “Twitter” hesabında xaricdən göndərilən yardım materiallarının gömrük prosedurları ilə bağlı açıqlama paylaşıb. Açıqlamada bildirilir ki, Qəhrəmanmaraşda baş verən və 10 vilayətə təsir göstərən zəlzələ nəticəsində zərər görən insanlara pulsuz paylanmaq üçün xaricdən göndərilən mallar dövlət qurumlarına və müəssisələrinə, ictimai birliklərə və prezident tərəfindən vergidən azad edilən vəqflərə göndərildiyi təqdirdə onlardan gömrük vergiləri tutulmur.

Müvafiq nazirliklər tərəfindən müntəzəm koordinasiyanın təmin edilməsi üçün yardım üçün mallar aşağıda göstərilən qurum və təşkilatlardan hər hansı birinə göndərilməlidir:

- AFAD;

- Ankara Sosial Yardımlaşma və Həmrəylik Vəqfi;

- Şanlıurfa Sosial Yardımlaşma və Həmrəylik Vəqfi;

- Qəhrəmanmaraş Sosial Yardımlaşma və Həmrəylik Vəqfi;

- Adıyaman Sosial Yardımlaşma və Həmrəylik Vəqfi;

- Adana Sosial Yardımlaşma və Həmrəylik Vəqfi;

- Hatay Sosial Yardımlaşma və Həmrəylik Vəqfi;

- Diyarbakır Sosial Yardımlaşma və Həmrəylik Vəqfi.

Yardımların gömrük prosedurlarını həyata keçirmək üçün nəqliyyat sənədini və əgər varsa, malların siyahısını onların keçdiyi gömrük orqanına təqdim etmək kifayət edəcəkdir.

VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur?