29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Avrozona ölkələrinin iqtisadiyyatında keçən ilin son rübündə artım 0,1% olub

Avrozona ölkələrinin iqtisadiyyatında keçən ilin son rübündə artım 0,1% olub

Avropa İttifaqının (Aİ) Statistika İdarəsi “Eurostat” 2022-ci ilin dördüncü rübü üçün əsas iqtisadi göstəricilərə dair ilkin məlumatları açıqlayıb. Açıqlamaya əsasən, 19 avrozona ölkəsinin ümumi daxili məhsulu (ÜDM) üçüncü rüblə müqayisədə 0,1% artıb. Bu rəqəm son rüb üçün ÜDM-in 0,1% azalacağını proqnozlaşdıran “Trading Economics” analitiklərinin proqnozu ilə ziddiyyət təşkil edir.

Dördüncü rübdə ÜDM-in 0,1%-lik artım tempi 2021-ci ilin birinci rübündən bəri ən aşağı göstərici olub. Ekspertlərin rəyinə görə, bu, yüksək inflyasiyanın təzyiqi (2022-ci ilin dekabrında 9,2%), eləcə də artan tələb və biznes kreditlərinin bahalılığı ilə bağlıdır.

“Eurostat”ın məlumatında bildirilir ki, ÜDM-də daha böyük artım tempi göstərən ölkələr İrlandiya (2022-ci ilin dördüncü rübündə 3,5%), İspaniya (0,2%) və Fransa (0,1%) olub. ÜDM-in daha çox azaldığı ölkələr isə İsveç (-0,6%), Çexiya (-0,3%) və Almaniyadır (-0,2%).

“Trading Economics”in mütəxəssislərinin hazırladığı ekonometrik modellərə görə, avrozonada ÜDM-in artım tempi 2024-cü ildə təxminən 0,3%, 2025-ci ildə isə 0,4% olacaq.

VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur?