27 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Donald Trampın şirkətləri vergidən yayındığına görə 1,6 milyon dollar cərimələnib

Donald Trampın şirkətləri vergidən yayındığına görə 1,6 milyon dollar cərimələnib

Sabiq ABŞ prezidenti Donald Trampa aid “Trump Organization”a daxil olan iki şirkət vergidən yayındığı üçün 1,6 milyon dollar məbləğində cərimələnib. Rusiyanın “Kommersant” qəzeti yazır ki, bu, belə hallar üçün nəzərdə tutulan ən yüksək cərimədir və şirkətlərin ödəmədikləri vergilərin məbləğindən iki dəfə çoxdur.

Məhkəmənin qərarı ilə “Trump Corp.” şirkətinə 810 min dollar, “Trump Payroll Corp.” şirkətinə isə 800 min dollar cərimə kəsilib. Qərarla bağlı “Trump Organization”un açıqlamasında bildirilib ki, şirkətlərin qanunazidd fəaliyyətləri olmayıb və ona görə də apelyasiya şikayəti edəcəklər.

Qeyd edək ki, “Trump Organization” strukturlarına və onun keçmiş maliyyə direktoru Allen Vayselberqə qarşı ittihamlar ötən ilin iyulunda irəli sürülüb. İddia hökmündə vergi fırıldaqçılığı, biznes sənədlərinin saxtalaşdırılması, bank və sığorta əməliyyatlarında fırıldaqçılıq, mənfəət əldə etmək üçün daşınmaz əmlakın dəyərinin yüksək və ya aşağı qiymətləndirilməsi daxil olmaqla 17 maddə var. Bu il yanvarın 11-də keçmiş maliyyə dirüktoru A.Vayselberq vergi fırıldaqçılığına görə 5 ay müddətinə azadlıqdan məhrum edilib.

VergiArtıq ödənilmiş rüsumun geri qaytarılması VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi?