29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Keçən il Çində yeni enerji mənbələri ilə işləyən avtomobillərə vergi güzəşti təxminən ikiqat artıb

Keçən il Çində yeni enerji mənbələri ilə işləyən avtomobillərə vergi güzəşti təxminən ikiqat artıb

Çin Dövlət Vergi Administrasiyasının məlumatına görə, dövlətin yeni enerji mənbələri ilə işləyən nəqliyyat vasitələri (NEV) istehlakını təşviq etmək səylərinin bir hissəsi olaraq keçən il ölkədə satınalma vergisindən azad edilən məbləğ əvvəlki illə müqayisədə 92,6 faiz artıb.

2022-ci ildə ümumilikdə 87,9 milyard yuan (təxminən 13,06 milyard dollar) məbləğində vəsait istehlakçılara güzəşt edilib.

Çin NEV sektorunun inkişafını dəstəkləmək üçün 2014-cü ildən istehlak vergisindən azadetmə siyasətini həyata keçirir. Vergi güzəştli siyasətinin müddəti 2022-ci ilin sentyabrında 2023-cü ilin sonuna qədər uzadılıb.

Dövlət Vergi Administrasiyasının rəsmisi Çen Xinquo bildirib ki, vergi orqanları bu məsələdə şəffaflığı gücləndirəcək, vergitutma prosedurlarını sadələşdirəcək və nəqliyyat vasitələrinin qeydiyyatını asanlaşdıracaq.

Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatında isə bildirilib ki, Çində yeni enerji mənbələri ilə işləyən nəqliyyat vasitələrinin satışı 2022-ci ildə 93,4 faizdən çox artaraq təxminən 6,89 milyon ədəd təşkil edib.

VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur?