29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dubayda spirtli içkilərin satışından tutulan 30 faizlik vergi ləğv edilib

Dubayda spirtli içkilərin satışından tutulan 30 faizlik vergi ləğv edilib

Dubay hakimiyyəti spirtli içkilərin satışına qoyulan 30 faizlik yüksək vergini yerli biznesi və turizmi inkişaf etdirmək məqsədilə müvəqqəti olaraq ləğv etmək qərarına gəlib.

“Bloomberg” agentliyinin məlumatında bildirilir ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ölkədə müsəlmanlara spirtli içkilərin satışını qadağan edib, ona görə də bu addımın atılması ilk növbədə Dubaya xaricdən gələn turistlərə və ölkənin on milyonluq əhalisinin 80 faizindən çoxunu təşkil edən əcnəbilərə yönəlib. Agentlik yazır ki, qiymətlərin yüksək olması bir çox sakini spirtli içkilər almaq üçün qiymətlərin xeyli aşağı olduğu qonşu əmirliklərə getməyə məcbur edirdi. Dubayda spirtli içkilərin iki distribütorundan biri – “Maritime and Mercantile International” artıq bu cür səfərlərdən imtina etməyə çağırıb. Digər distribütor – “African & Eastern” şirkəti də qiymətləri aşağı salıb.

Əvvəllər 70 dollara başa gələn alkoqol almaq üçün lisenziya üçün ödəniş də yeni qərarla ləğv edilib.

Qeyd edək ki, bu tədbir bir il müddətində eksperiment kimi tətbiq olunur, alkoqol satışına görə 5 faizlik ƏDV-nin tutulması isə davam edəcək.

VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur?