29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Almaniyanın daşınmaz əmlak bazarında böhran dərinləşib

Almaniyanın daşınmaz əmlak bazarında böhran dərinləşib

“BNP Paribas” qlobal maliyyə qurumunun hesabatına görə, Almaniyada daşınmaz əmlak sektoru 2022-ci ilin son üç ayında artan maliyyə xərcləri və rekord inflyasiya səbəbindən geriləyib. Qeyd edilib ki, Avropanın ən böyük iqtisadiyyata malik ölkəsinin daşınmaz əmlak sektoruna investisiyalar oktyabrdan dekabr ayına qədər 5 illik orta göstərici ilə müqayisədə 50 faiz azalaraq cəmi 9,9 milyard avroya (10,6 milyard dollar) düşüb.

“BNP Paribas”ın keçirdiyi sorğunun nəticələrinə görə, Almaniyada artan faiz dərəcələri və ümumilikdə pisləşən iqtisadi mühit səbəbiylə investorlar sövdələşmələrdən yayındıqları üçün sənaye ağır zərbə alıb.

“Bloomberg” bu hesabata istinadən xəbər verib ki, ölkədəki daşınmaz əmlak bazarı daha da ağır böhranla üzləşib, əməliyyatların həcmi 2021-ci illə müqayisədə 2022-ci ildə 74 faiz azalıb.

“BNP Paribas Real Estate Germany” şirkətinin baş direktoru Markus Zorn bildirib ki, artan xərclər alıcı ilə satıcıların qiymət gözləntiləri arasında "boşluq yaradır" və "artıq marketinq mərhələsində olan bir çox böyük əməliyyatlar reallaşmayıb". M.Zorn trendin bu ilin ən azı altı ayı ərzində davam edəcəyinin gözlənildiyini qeyd edib.

VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur?