24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
ABŞ tənzimləyici orqanları kriptovalyutalarla bağlı xəbərdarlıq edib

ABŞ tənzimləyici orqanları kriptovalyutalarla bağlı xəbərdarlıq edib

ABŞ-nin Federal Rezervlər Sistemi, Federal Əmanətlərin Sığortalanması Agentliyi və Maliyyə Qurumları Bürosu ilk dəfə birgə bəyanat yayaraq bankları kriptovalyuta bazarlarında mövcud olan risklər barədə xəbərdar edib.

Maliyyə qurumlarına ünvanlanan müraciətdə rəqəmsal aktiv şirkətləri tərəfindən potensial fırıldaqçılıq, hüquqi qeyri-müəyyənlik və çaşdırıcı məzmunlu açıqlamalara ehtiyatla yanaşmağın zəruri olduğu bildirilib.

Banklara isə sektorda problemlərin “yayılması riskinə” qarşı ayıq-sayıq olmaları barədə xəbərdarlıq edilib.

Kriptovalyuta birjası FTX-in çökməsi nəticəsində kriptovalyuta sektorunda şok yaranandan iki ay sonra verilmiş açıqlamada bankların kriptovalyuta fəaliyyətlərinin yaxından izlənildiyi vurğulanıb: “Keçən il baş verən hadisələrdə kriptovalyuta sektorunda əhəmiyyətli dəyişkənliyin və zəifliklərin yaranmasının şahidi olduq”.

Nəzarət qurumları bankları rəqəmsal aktivlər bazarındakı problemlərin ümumilikdə maliyyə sisteminə yayılmasının qarşısını almaq üçün addımlar atmağa dəvət edib. “Kriptovalyuta sektorunda düzəldilə və ya nəzarət edilə bilməyən problemlərlə bağlı risklərin bank sisteminə köçürülməsinə yol verilməməlidir”, - açıqlamada bildirilib.

Qeyd edək ki, ABŞ-da bir neçə ay əvvəl bankların maliyyə bazarına nəzarət edən qurumlardan kriptovalyutalarla bağlı daha aydın məsləhətlər tələb etmələrinə baxmayaraq, onlar öz müraciətlərinə cavab ala bilməmişdilər.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?