1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Özbəkistanda vergi əməkdaşlarının 30 faizi attestasiyadan keçməyib

Özbəkistanda vergi əməkdaşlarının 30 faizi attestasiyadan keçməyib

İndiyədək Özbəkistanın bir neçə vilayətində keçirilmiş attestasiyanın ilkin nəticələrinə əsasən, Dövlət Vergi Komitəsinin əməkdaşlarının yarıdan azı – cəmi 44 faizi attestasiyadan müvəffəqiyyətlə keçib, 30 faizi isə zəruri bilik nümayiş etdirə bilməyib. Vergi əməkdaşlarının qalan 26 faizi vergi orqanlarında şərti qaydada saxlanılıb – onların da bilik səviyyəsi tam qənaətbəxş olmayıb.

Komitədən bildirilib ki, attestasiya müəyyənləşdirilmiş reqlamentə ciddi əməl olunmaqla aparılır. Əvvəlcədən suallar və cavablar hazırlanaraq hamı üçün açıq korporativ şəbəkədə yerləşdirilib. Attestasiyadan keçən hər bir əməkdaş öz iş profilinə uyğun suallara cavab verib. Bu tədbirin keçirilməsinin məqsədi isə daha yüksək vəzifələrdə işləməyə layiq, ölkənin vergi sisteminə öz töhfəsini verməyə qadir olan peşəkar və savadlı mütəxəssisləri üzə çıxarmaq və fərqləndirməkdir.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?