1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Turistləri vergi ilə hədələyib onlardan pul "qoparan" cinayətkar qrup ifşa edilib

Turistləri vergi ilə hədələyib onlardan pul "qoparan" cinayətkar qrup ifşa edilib

Xaricdə keçirilən tətillər bəzən mənalı istirahətlə deyil, mənasız macəralar, arzuedilməz sürprizlərlə də yadda qalır. Məsələn, bu il istirahət üçün Almaniyadan Türkiyəyə gəlmiş insanların başına gələnləri heç kəs özünə rəva görməz.

Türkiyənin dörd şəhərində eyni zamanda aparılmış əməliyyat nəticəsində Almaniyadan bu ölkəyə istirahətə gələn 25 turisti "vergi borcunuz var, sizi təhlükə gözləyir" deyərək qorxudan və onlardan təxminən 1 milyon avro pul aldığı iddia edilən 38 şübhəli şəxs yaxalanmışdır. Yayılan xəbərlərə görə, turistlər Türkiyədəki istirahətlərini başa vurub ölkələrinə qayıdandan sonra onları çağrı mərkəzindən axtararaq "Türkiyədə etdiyiniz alış-verişə görə vergi borcunuz yaranıb, sizi təhlükə gözləyir" deyərək hədələmişlər. Çağrı mərkəzindən təklif olunan hesab nömrələrinə pul köçürən almanlar sonradan bu məsələ ilə bağlı şübhəyə düşərək Almaniya polisinə məlumat vermişlər. Almaniya polis orqanları Antalyanın Ədliyyə Müdirliyi ilə əlaqə saxlamışdır. Təhqiqat nəticəsində məlum olmuşdur ki, cinayətkar bir qrup ölkəyə tətilə gələn Almaniya vətəndaşlarının şəxsi kimlik məlumatlarını ələ keçirərək Antalya, eləcə də İstanbul, İzmir və Bodrum şəhərlərində təşkil etdikləri saxta çağrı mərkəzləri üzərindən turistlərlə əlaqə saxlamış, onları qorxudaraq pul tələb etmişlər. Beş ay davam edən texniki və fiziki izləmədən sonra polis Antalya, İzmir, İstanbul və Muğlada müəyyən edilmiş ünvanlarda eyni zamanda əməliyyat keçirmişdir. 200 polisin iştirakı ilə keçirilmiş əməliyyatda aralarında qadınların da olduğu 38 şübhəli şəxs tutulmuşdur. Üzvlərindən 22 nəfəri İstanbulda tutulmuş cinayətkar qrup üzvlərinin hazırda istintaqı aparılır.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?