28 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Qazaxıstanda çoxuşaqlı ailələrə vergi güzəşti ediləcək

Qazaxıstanda çoxuşaqlı ailələrə vergi güzəşti ediləcək

Qazaxıstan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsindən bildirilib ki, 2020-ci ildən çoxuşaqlı ailələr daha az vergi ödəyə biləcəklər. Nəzərdə tutulan dəyişikliyə görə, çoxuşaqlı ailələrin aylıq gəlirinin 23 AHG (aylıq hesab göstəricisi) hissəsindən, başqa sözlə, 58.075 tenge (257 manat) vəsaitdən vergi tutulmayacaq. Bu, ailədə valideynlərdən biri işləyirsə, onun gəlirinə aiddir, əgər hər iki valideyn işləyirsə, onların hər birinin aylıq gəlirinin 12 AHG hissəsi və ya 30.300 tenge (134 manat) vergidən azad ediləcək. Bu güzəşti almaq üçün hər iki valideynin birlikdə illik gəliri 282 AHG-dən (712.500 tenge – 3156 manat) artıq olmamalıdır.

Vergi güzəşti təqvim ili üzrə yanvarın 1-dək dörd və daha artıq uşağı olan ailələrə şamil ediləcək.

VergiArtıq ödənilmiş rüsumun geri qaytarılması VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi?