27 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İspaniya hökuməti inflyasiya ilə mübarizə üçün 10 milyard avro ayırıb

İspaniya hökuməti inflyasiya ilə mübarizə üçün 10 milyard avro ayırıb

İspaniya hökuməti inflyasiyanın, əsasən də enerji qiymətlərinin qalxmasının təsirləri ilə mübarizə aparmaq üçün yeni dövlət yardımı paketinin ayrıldığını elan edib. Paket çərçivəsində kiçik və orta biznes üçün müxtəlif vergi güzəştlərinə, bir sıra əsas ərzaq məhsullarına (çörək, süd, yumurta, pendir, meyvə, tərəvəz, taxıl) ƏDV-nin sıfır dərəcə ilə tətbiqinə və aztəminatlılara birbaşa maliyyə yardımına 10 milyard avro yönəldiləcək. İllik gəliri 27 min avrodan az olan aşağı gəlirli ailələrə 200 avro yardım ediləcək.

Bunlarla yanaşı, hazırkı dövlət yardım paketinə kənd təsərrüfatı istehsalçılarına yanacağa çəkildikləri xərclərin ödənişi üçün 300 milyon avro məbləğində birbaşa subsidiya, maye qaz (butan) balonlarının qiymətinin dondurulması, eləcə də şəhərdaxili ictimai nəqliyyatda mövsümi biletlərin qiymətinə 50% endirim daxildir.

Qeyd edək ki, Ukraynada hərbi münaiqşənin başlanması ilə əlaqdədar Avropada enerji daşıyıcılarının qiymətləri kəskin artdıqdan sonra İspaniya hakimiyyəti inflyasiya ilə mübarizə üçün ümumilikdə 35 milyard avro vəsait ayırıb. Nəticədə ölkədə iyul ayında 11% olan inflyasiya noyabrda 7%-ə endirilib.

VergiArtıq ödənilmiş rüsumun geri qaytarılması VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi?