29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Apple” vergidən yayınmaqda günahlandırılır

“Apple” vergidən yayınmaqda günahlandırılır

“Apple” şirkətinin adı Yaponiyada vergidən yayınma ilə bağlı yeni ittihamla gündəmə gəlib. Vergidən azad edilən alış-veriş qaydalarındakı boşluqdan istifadə edən müştərilər “Apple” cihazlarını almaqla təxminən 98 milyon dollar vergini ödəməkdən yayınıblar.

Yaponiyada xarici turistlər ölkədə altı aydan az qalarlarsa, 10 faizlik istehlak vergisini ödəməkdən azad edilirlər. Beləliklə, turistlər “iPhone” və digər cihazları alarkən istehlak vergisi ödəmirlər. Lakin araşdırma nəticəsində məlum olub ki, bəzi insanlar bu vergi güzəştindən istifadə edərək “Apple” mağazalarından yüzlərlə “iPhone” cihazı alıblar.

“Nikkei Asia” agentliyinin xəbərinə görə, “Apple Store”dan alış-veriş edən istifadəçilər 98 milyon dollar vergi kəsiri yaradıblar. Bildirilib ki, “Apple” bu vəziyyəti anladıqdan sonra vergisiz alış-veriş dəstəyini və xidməti dayandırıb.

Yaponiyanın vergi orqanları tərəfindən aparılan araşdırmalar, fərqli şirkətlərin iyun ayına qədər istehlak vergisi ödəmələri barədə hesabat vermədiyi 24.000 alış aşkar edib ki, bu da 86,9 milyard yen (651 milyon dollar) həcmində vergi kəsirinin yaranmasına səbəb olub.

Qeyd edək ki, Yaponiya hökuməti 2012-ci ildən turizmə və istehlaka xüsusi diqqət yetirir, uçuş sahələrini və rüsumsuz mağazaları genişləndirir. Turistləri alış-verişə cəlb edən vergi güzəşti ilə edilən alış-verişin həcmi 2019-cu ildə rekord səviyyəyə - 340 milyard yenə (2,5 milyard dollar) çatmışdı. Bununla belə, güzəştlər, “Apple” nümunəsində olduğu kimi, bəzi fırıldaqlara da qapı aça bilir.

VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur?